TOP 10

“Futbolçuları oyuna kökləmək çətin olur” - Füzuli Məmmədov

Futbol
Tarix: 2020-10-18 16:28

“Oyun haqqında danışmaq hazırkı durumda çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Futbolçuları oyuna kökləmək çətin olur. Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuza qüvvət versin. Qarşıda daha yaxşı qələbə xəbərləri eşidəcəyimizə ümid edirəm və eşidirik. Matç çətin oldu. Rəqibi analiz etmişdik. Futbolçular tapşırıqların öhdəsindən gəldilər. Onlar meydanda döyüşdülər”. Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VI turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 


43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib: "Mert Çetinin oyun praktikası daha çox olduğu üçün ona şans verdik. Rener Alvesin çempionata və komandaya uyğunlaşmasına vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq. Mert Çelikin oyun praktikası yerindədir. Azərbaycanın U-21 yığmasında daim oynayır".

23 Noyabr 2020
22 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB