TOP 10

Salah “Liverpul”da 100-ə çatdı

Dünya Futbolu
Tarix: 2020-10-18 13:03

Futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş “Everton”la səfər oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, misirli futbolçu 72-ci dəqiqədə rəqib qapısına yol tapmaqla “qırmızılar”ın heyətində 100-cü qolunu vurub.
 

Salah 100 qol həddinə 159-cu oyununda imza atıb.


Qeyd edək ki, Salah 2017-ci ilin yayında İtaliyanın “Roma” klubundan 42 milyon avroya transfer edilib.

28 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB