TOP 10

Ümit Karan Yunuszadənin taleyi, Azərbaycandan yeni futbolçu transfer etmələri haqda: "Onun ayağı qırılıb, bu mövsüm qayıdışı..."

Futbol
Tarix: 2020-10-18 11:18

"Şkupi"dən mənimlə əlaqə saxlayaraq, "bizə lazımsan, sənə ehtiyacımız var" dedilər. Mən də qayıtdım. Baxdım Azərbaycandan təklifə, buraya gəldim. Komandada olduğum bu qısa müddətdə Avroliqada "Neftçi" məğlubiyyətini xatırlayırlar. Şanssızlıq deyirlər, Bakıdakı matçı izlədim, həqiqətən belə idi". Bu fikirləri Sport24.az-a açıqlamasında Şimali Makedoniyanın "Şkupi" klubunun baş məşqçisi Ümit Karan deyib.

 

44 yaşlı türkiyəli mütəxəssis Avroliqada bu yay "Neftçi"yə uduzan adıçəkilən komandanı yenidən çalışdırmağa başlayaraq, millimizin sabiq müdafiəçisi Elvin Yunuszadənin yeni baş məşqçisi olub. Sadəcə, məsələ ondadır ki, Elvin yaxında zədə alaraq Vətəninə qayıtmalı olub. Karandan Yunuszadənin gələcək taleyini soruşduq: "Bəli, Elvin məşqdə zədələndi, ayağı qırıldı. Deyəsən, Azərbaycana dönüb. Uzun müddət yaşıl meydandan kənarda qalacaq, bu mövsüm dönüşü sıxıntılı, çətin görünür. Bilmirəm, onunla müqavilə necə olacaq. Buna rəhbərlik qərar verir. Hazırda müqaviləsi var. Ancaq bundan sonra anlaşması necə olacaq, necə davam edər, onu bilmirəm".

 

Maraqlıdı, zədə olmasaydı, Karanın 28 yaşlı futbolçumuzla bağlı planları necə idi?: "Əslində, Yunuszadəni düz-əməlli görmədim. İki məşqə çıxdım, o, xəsarət aldı. Elvinlə çox işləmək, danışmaq fürsətim olmadı. Hazırda müdafiədə çatışmazlığımız var. Transfer edə bilmirik, bu üzdən arxa xətdə problemimiz yaranır. Onsuz da artıq "transfer pəncərəsi" bağlanıb və bu yöndə edə biləcəyimiz başqa bir şey yoxdu. Transfer çalışmalarını yalnız dövrlərarası fasilədə edə bilərik. Bu, Azərbaycandan olur, hardan olur - bunu indidən bilə bilmərik. Əsas yaxşı futbolçu olsun, ölkə fərq etmir bizə".

 

Xatırladaq ki, Karan 1 il əvvəl "Şkupi"nin baş məşqçi vəzifəsindən getmişdi. 

 

 

MEHMAN SÜLEYMANOV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB