TOP 10

“Sumqayıt” 1-ci pilləni qaytardı, “Neftçi” liderlər qrupuna döndü

Futbol
Tarix: 2020-10-18 17:56

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.


Öncə “Neftçi” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.


Turun qapanış matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə də 3 xal meydan sahiblərinə qismət olub.


Xatırladaq ki, ilk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.


Azərbaycan Premyer Liqası
6-cı tur

18 oktyabr


“Neftçi” – “Sabah” 1:0
Qol: N.Ələsgərov, 29.
Qırmızı vərəqə: M.Kane, 75 (ikinci sarı).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”.


Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Dias, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 23. Amadu Diallo, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 60. Abbas Ağazadə.
Baş məşqçi: Visente Qomes.


“Sumqayıt” – “Zirə” 2:1
Qol: R.Sadıxov, 30-pen. T.Mütəllimov, 59 – D.Volkov, 35.
Matçın 28-ci dəqiqəsində Ə.Qurbani penaltidən yararlana bilməyib (kənara)
Qırmızı vərəqə: K.Diniyev, 90+4.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. “Kapital Bank Arena”.


Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB