TOP 10

Qurbanovsuz “Samtrediya” evdə xal itirdi

Dünya Futbolu
Tarix: 2020-10-17 21:28

Futbol üzrə Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 

Sözügedən klub doğma meydanda “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.


Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qola imza atan Qurbanovun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.


13 turdan sonra hesabında 13 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB