TOP 10

Səfərdə inamlı qələbə qazandı – “Qarabağ”ın rəqibi

Futbol
Tarix: 2020-10-17 21:04

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sivasspor” Türkiyə Super Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, sivaslılar “Kayserispor”un qonağı olublar.

 

Rza Çalımbayın yetirmələri birinci hissədə 1, fasilədən sonra isə 2 qol vuraraq, səfərdən inamlı qələbə ilə dönüblər. Komandanın heyətində Ziya Ərdal (28-ci dəqiqə), Mustafa Yatabare (60) və Faysal Fayr (83) fərqləniblər. Meydan sahiblərinin gücü bu toplardan yalnız birinin əvəzini çıxmağa çatıb. Kayseri təmsilçisi hətta son saniyələrdə penalti qazansalar da, bunu dəyərləndirə bilməyiblər.

 

Səfərdə 3:1 hesablı qələbə qazanan “Sivasspor” xallarının sayını 7-yə çatdırıb. 

 

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasındakı oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.

 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB