TOP 10

Hakan Şükürdən Azərbaycana dəstək

Futbol
Tarix: 2020-10-17 20:51

Futbol üzrə Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək nümayiş etdirib. Sport24.az xəbər verir ki, veteran futbolçu sosial şəbəkə hesabında bunları qeyd edib:
 

“Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB