TOP 10

Elmar Baxşıyev: "Qarabağ" elə bir komandadı ki, sənə təzyiq edir və bundan həmişə çıxa bilmirsən"

Futbol
Tarix: 2020-10-17 18:08

"Qəbələ"nin baş məşqçisi Elmar Baxıyev Premyer Liqanın VI turunda "Qarabağ"a səfərdə 0:3 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə görüş haqda fikirlərini bildirib.

 

- İlk növbədə Füzulinin azad olunması münasibətilə sizləri təbrik edirəm. Klub olaraq ermənilərin terrorunu lənətləyirk. İnanıram ki, dövlət, xalq olaraq onların cəzalarını verəcəyik. Oyuna gəlincə. komandalar arasında fərq hiss olunurdu. "Qarabağ" təşkilatlanmış komandadı, biz isə yeni. İnanıram ki, yaxşı performans göstərərək, yuxarı pillələrə qalxacağıq. 

 

- Sizcə, hesab oyuna görə oldu? Son dəqiqələrdə buraxılan 2 qol nəyin nəticəsi idi?

- Ümumi götürəndə, bizim də fərqlənmək imkanlarımız oldu. "Qarabağ" elə bir komandadı ki, sənə təzyiq edir və bundan həmişə çıxa bilmirsən. Hesab edirəm ki, rəqib layiqli qələbə qazandı. Ola bilər ki, Adeniyinin qaçırdığı təktəbək epizodu həlledici oldu. Ancaq "Qarabağ" bizdən güclü idi. 

 

- Qismət Alıyevin yoxluğu oyunda hiss olunurdu. Peşmanlıq yoxdu gedişinə?

- Qismətin yeri görünəcək. Ancaq məşqçinin işi heyfsliənmək yox, əksinə, daha artığına çalışmaqdı. Hesab edirəm ki, gənc futbolçularımız Qismətin yerini getdikcə dolduracaqlar. 

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB