TOP 10

Aftandil Hacıyev ədalətli nəticənin qeydə alındığını açıqladı: "Düşünmürəm ki, belədə, həmkarım 1 xala görə heyfslənərdi"

Futbol
Tarix: 2020-10-17 17:02

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Keşlə”ylə evdə 1:1 hesablı bərabərliyə qaldıqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis ilk öncə Böyük Vətən Müharibəsi ilə bağlı fikirlərini bölüşıb.

 

- Son sutka ərzində həm kədərli, həm sevincli xəbərlər eşitdik. Son günlər bütün fikriniz cəbhə bölgəsindədir. Bütün dualarımız əsgərlərimizədir. Komanda olaraq hər birimizə belə bir məqamda oyuna köklənmək olduqca çətin idi. Nə qədər kədərli anlar olsa da, inanırıq ki, sonda sevinən tərəf Azərbaycan xalqı olacaq. Şükürlər olsun ki, get-gedə daha çox şad xəbərlər eşidirik. Belə bir psixoloji məqamda oyunun ilk dəqiqələrində futbolçularda müəyyən həyəcan, gərginlik var idi. Vaxt ötdükcə öz oyunumuzu tapmağa başladıq. Ani diqqətsizlikdən qapımızda qol görsək də, sevindiricidir ki, cavab qolumuz özünü çox gözlətmədi. Heyətimizdəki futbolçuların potensialı nəyə imkan verirsə, o qədər də nəticə qazanmağa çalışacağıq. Bu heyətlə ən azından qışadək davam etməyi düşünürük. Daha yaxşı olmağa çalışacağıq. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda qalib gələ bilərdi. Zənnimcə, ən ədalətli nəticə qeydə alındı və hər iki komanda 1 xal qazandı.

 

- Rəqibdəki həmkarınız Yunis Hüseynov komandasının iki xal itirdiyini, bu oyunda bəxtlərinin gətirmədiyini qeyd etdi...
- Florian Kadriu təkbətək epizoddan istifadə etsəydi, biz 2:1 qalib gələcəkdik. Düşünmürəm ki, belədə, rəqibin baş məşqçisi 1 xala görə heyfslənərdi.

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB