TOP 10

"Qarabağ"ın matçında xüsusi pankart, xüsusi maska və Füzuliylə bağlı yeni tarix

Futbol
Tarix: 2020-10-17 16:09

Azərbaycan Premyer Liqasının VI turunun ikinci matçında da Dağlıq Qarabağda baş verən olaylarla bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb. Sport24.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən  “Qarabağ” - “Qəbələ” görüşündə stadionun tribunalarına “Qarabağ Azərbaycandır!” pankartı və Azərbaycan bayraqları asılıb. 
 
Komandalar meydana xüsusi hazırlanmış maska ilə çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb. Baş hakim Rəşad Əhmədov start fitini Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra verib. Futbolçular əllərində “Əmrinizdəyik, cənab Ali Baş Komandan” pankartı ilə himnimizi oxuyublar.

 

Onu da bildirək ki, meydançanın kənarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə tvitləri və Füzuli ilə bağlı lövhələr diqqət çəkir. Belə ki, bu yaşayış məntəqəsinin işğalda olunmuş 23.08.2003 tarixinin üstündən xətt çəkilərək bugünkü tarix - 17.10.2020 göstərilib. 

 

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB