TOP 10

"Zenit"in sabiq futbolçusu Bakıda telefonçunun həyatını xilas edib

Futbol
Tarix: 2020-10-17 14:41

Rusiyanın "Zenit" klubunun sabiq futbolçusu Pavel Sadırin 1968-ci ildə Bakıda faciəvi hadisənin yaşanmasının qarşısını alıb. Sport24.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinin dərc etdiyi məqalədə bildirilib.

 

Qeyd olunub ki, Sankt-Peterburq təmsilçisinin heyətində "Neftçi" ilə oyun üçün Bakıya gəlmiş veteran futbolçu komanda yoldaşları - Lev Belkin və Vasili Danilovla birgə telefonçunu su basmış otelin zirzəmisindən xilas edib: "Həmin gün şəhərdə güclü yağış yağırdı. Bu, təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Sadırin otelə qayıdarkən həmin şəxsin kömək üçün fəryadını eşidərək onu zirzəmidən çıxarıb".

 

Qeyd edək ki, "Zenit"in baş məşqçiisi də olmuş Sadırin 2001-ci ildə, 59 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB