TOP 10

"Qarabağ" "İmarət"də, millimiz Şuşada, Azərbaycan Kubokunun finalı Xankəndində - FOTOLAR

Futbol
Tarix: 2020-10-17 14:11

Azərbaycan Premyer Liqasının VI turu az əvvəl Bayılda "Səbail" - "Keşlə" matçıyla start götürüb. Sport24.az-ın stadionunda olan əməkdaşı xəbər verir ki, açılış oyununa xüsusi hazırlıq görülüb.
 

Belə ki, meydan sahiblərinin meydana çıxdığı "Şəhidlər ölməz, Vətən bölünməz"" pankartını görüş iştirakçıları start fitindən əvvəl əllərində saxlayıblar və "ASCO Arena"da Azərbaycan dövlət himni səsləndirilib. 

 

Stadionun tribunalarında Dağlıq Qarabağ ərazisində işğal altında olan, azad edilən yaşayış məntəqələrinin adları həkk olunub. Azərbaycan bayrağının rənglərdə olan fonda üzərində futbolun qayıdışıyla bağlı şüarlar, habelə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sitatları yer alıb. "Qarabağ"ın ev oyunlarını yenidən Ağdamda "İmarət" stadionunda, milli komandamızın Şuşada təlim-məşq toplanışı keçirməsi, Azərbaycan Kubokunun finalının isə Xankəndində təşkil olunmasıyla bağlı arzular ifadə olunub. 

 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB