TOP 10

Azərbaycan Avropa çempionatını keçirməyə hazır olduğunu bəyan etdi

Digər
Tarix: 2020-10-17 15:15

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib. Görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb. Sport24.az xəbər verir ki, ünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə videoknfransa qitə təşkilatının İcraiyyə komitəsinin üzvləri, o cümlədən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Hakimlər komitəsi və Təşkilatın komitəsinin rəsmiləri qatılıb. Pandemiyanın avropa ölkələrində geniş yayılması səbəbindən, 2021-ci ilin ilk yarısına nəzərdə tutulan qitə çempioonatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildirib. 

 

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı İcraiyyə komitəsinin qərarı ilə avqust ayına keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər. 

 

2021-ci liin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Y.Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

 

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov

Gənclərin Avropa çempionatı 2021-ci ilin avqustunda keçiriləcək

 

   
   
football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB