TOP 10

Erməni terrorunu pislədi – albaniyalı futbolçu

Futbol
Tarix: 2020-10-17 11:00

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələrinin yenidən Gəncəni raket atəşinə tutması futbol ictimaiyyəti tərəfindən pislənilib. Sport24.az xəbər verir ki, 9 il “Qarabağ”ın formasını geyinmiş albaniyalı futbolçu Ansi Aqolli də baş verən hadisəyə reaksiya verib.

 

Belə ki, "İnstagram" səhifəsi vasitəsilə paylaşım edən 38 yaşlı müdafiəçi Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları qətlə yetirməsini qınayıb.

 

Qeyd edək ki, keçən gecə saat 01:00 radələrində Gəncədə yaşayış evlərinə düşən raketlər nəticəsində dağıntılar altından xəsarət almış 52 nəfər və 12 nəfərin cəsədi çıxarılıb.

 

 

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB