TOP 10

Robinyo ilə müqavilə bir həftəyə pozuldu

Dünya Futbolu
Tarix: 2020-10-17 16:30

Braziliyanın "Santos" klubu futbolçu Robinyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Sport24.az xəbər verir ki, klub bu addımı 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməsi üçün atıldığını açıqlayıb.

 

Onunla müqavilə oktyabrın 10-da imzalansa da, bundan dərhal sonra əvvəlcə azarkeşlər, daha sonra sponsorlar məhkəmə məsələsinə görə narazılıqlarını dilə gətiriblər.

 

Qeyd edək ki, Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, futbolçunun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır.

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB