TOP 10

Cahangirov, Əfsərli, Abbaszadə, Məmmədli

Futbol
Tarix: 2020-10-17 10:40

"CBC Sport"un Azərbaycan Premyer Liqasında VI tura şərhçi təyinatları müəyyənləşib. Sport24.az xəbər verir ki, turun açılış matçını Ramil Cahangirov şərh edəcək. Söhbət bu gün "ASCO Arena"da saat 14:00-da başlayacaq "Səbail" - "Keşlə" görüşündən gedir. Bundan 2 saat sonra "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Qəbələ" qarşılaşmasının şərhçisi Rüstəm Əfsərli olacaq. 

 

Sabah ilk olaraq Gündüz Abbaszadə iş başında olacaq. Belə ki, saat 14:00-da "Bakcell Arena"da startı veriləcək "Neftçi" - "Sabah" oyununu onun şərhində izləyəcəyik. Bundan 2 saat sonra "Kapital Bank Arena"da təşkil olunacaq "Sumqayıt" - "Zirə" matçında Elnur Məmmədli şərhçi olacaq. 

 

 

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB