TOP 10

"Sumqayıt"ın zirvəyə qayıtmaq üçün liderlə, "Qarabağ"ın liderlər qrupuna dönmək üçün autsayderlə sınağı

Futbol
Tarix: 2020-10-17 10:00

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilir. Sport24.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan ikihəftəlik fasilədən sonrakı ilk tur iki gün davam edəcək.

 

Tur son pillənin sahibinin ev matçıyla başlayacaq. Belə ki, "Səbail" 2-ci pillədə olan "Keşlə"ni qəbul edəcək. Meydan sahibləri son pillədən qurtulmaq üçün iddialı rəqibini büdrətmək kimi çətin sınağın öhdəsindən gəlməlidi. Onu da nəzərə alaq ki, Aftandil Hacıyevin komandas son matçında məhz evdə ididalı "Sabah"ı məğlub etməklə xal hesabını açdı. Ancaq bundan sonra "Qarabağ"la səfər görüşü təxirə salındığından, onun üçün pauza daha çox - 3 həftəlik uzandı. Yunis Hüseynovun komandası isə ən azı bir günlük zirvəni ələ keçirmək üçün qalib gəlməlidir.

 

İlk oyun gününə turnir cədvəlindəki qonşuların dueli ilə yekun vurulacaq. Ehtiyatda bir oyunu olan son 7 ilin çempionu “Qarabağ” autsayder “Qəbələ”ni qəbul edəcək. Uğursuz startla azarkeşlərini üzən Qurban Qurbanovun yetirmələri "qara zolaq"dan çıxmaq, liderlər qrupuna dönmək, rəqibi ilk qələbəni qazanmaq üçün mübarizə aparacaq. 

 

Turnir cədvəlində digər qonşular - “Neftçi” və “Sabah” ikinci oyun günündə görüşəcək. Son iki turda qələbəyə həsrət qalan rəqiblər üçün növbəti uğursuzluq mükafatlar mübarizəsində daha da geri sala bilər. Bu üzdən də həmşəhərlilər meydana yalnız qələbə iddiası ilə çıxacaqlar.

 

Tura mərkəzi matçla yekun vurulacaq. Yarışın sürpriz lideri “Zirə” ən yaxın izləyicilərindən olan "Sumqayıt"ın qonağı olacaq. Ayxan Abbasovun yetirmələri zirvədəki mövqeyini qaytarmaq üçün mütləq qalib gəlməlidi. Rəşad Sadıqovun komandası isə mövqeyini qorumağa çalışacaq.

 

 

Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr (şənbə)
14:00. "Səbail" - "Keşlə"
Hakimlər: 
Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov
Bakı. "ASCO Arena" stadionu

 

16:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər:
 Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
Bakı. "Azərsun Arena"

 

18 oktyabr (bazar)

14:00. “Neftçi” – “Sabah”
Bakı. “Bakcell Arena”

 

16:00. “Sumqayıt” – “Zirə”
Sumqayıt. “Kapital Bank Arena” stadionu

 

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB