TOP 10

“Kəpəz”lə “Neftçi” səfərdə, “Qarabağ” evdə uduzdu

Futbol
Tarix: 2020-10-16 17:26

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.


Səfərdə “Sabah”ın əvəzediciləri ilə qarşılaşan “Kəpəz” məğlubiyyətlə üzləşib. “Neftçi”nin əvəzediciləri “Zaqatala” ilə səfər matçında darmadağına üzülüblər. “Qarabağ-2” isə “Qaradağ Lökbatan”la ev oyunundan məğlub ayrılıb. “Keşlə-2” də “Sumqayıt”ın əvəzedicilərinə qalib gəlib.


Xatırladaq ki, ilk oyun günündə baş tutan MOİK – “Turan Tovuz” matçında qalib müəyyənləşməmişdi - 1:1.


Birinci Divizion
2-ci tur

16 oktyabr


“Sabah-2” – “Kəpəz” 2:1
Qollar: Kamran Quliyev, 39. Fərid Kərimzadə, 87-pen – Novruz Məmmədov, 45.
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Səbuhi Əmrahov, Rövşən Rəcəbov.
“Bank Respublika Arena” (ehtiyat meydança), 13:00.


“Zaqatala”– “Neftçi-2” 4:1
Qollar: Əsədulla Heydərov, 16; 58. Xaqani Sadıxov, 36. Bəhruz Teymurov, 56 – İbrahim Qədirzadə, 3.
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu, 15:00.


“Qarabağ-2” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Cavid Bayramov, 90-pen – Zamiq Əliyev, 3-öz qapısına. Orxan Əliyev, 21.
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.


“Keşlə-2” – “Sumqayıt-2” 4:2
Qollar: Mehdi Tahirov, 25. Elmir Rəhimzadə, 28; 30; 49 – Mehman Məsimov, 63. Murad Rəhimli, 73. 
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
“ASK Arena”, 15:00.

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB