TOP 10

AFFA liqaları təxirə saldı

Futbol
Tarix: 2020-10-16 17:11

Oktyabrın 17-dən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların 2020/2021 mövsümünün başlanılması nəzərdə tutulurdu. Sport24.az xəbər verir ki, 17, 18, 19, 20, 21, 22, 23 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları təxirə salınıb. 
 

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Oyunların keçiriləcəyi tarixlər barədə əlavə məlumat yerləşdiriləcək.

 

Qeyd edək ki, liqaların dayandırılması bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə son günlərdə koronavirusa yoluxanların sayının kəskin artmasına görə orta təhsil müəssələrində dərslərin dayandırılması ilə bağlı qərarına görədi. Aydın məsələdir ki, bu liqaların iştirakçıları da birbaşa məktəblilərdi. Valideynlər də yaranan hazırkı vəziyyətlə bağlı uşaq liqalarının gələcək taleyi ilə bağlı narahatlıq keçirirdilər. 

 

Onu da bildirək ki, liqaların startı təxirə salınsa da, klubların müvafiq yaş qruplarından ibarət komandaları məşqlərini keçə bilərlər. Hər halda, bununla bağlı qadağa yoxdu.  

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB