TOP 10

Fransalı yarımmüdafiəçisi sağaldı – “Qarabağ”ın rəqibinin

Futbol
Tarix: 2020-10-16 19:00

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan  “Vilyarreal”da zədəli futbolçulardan biri sıraya dönüb. Sport24.az xəbər verir ki. Primero təmsilçisi fransalı dayaq yarımmüdafiəçisi Frensis Kokelin tam sağaldığını rəsmən açıqlayıb.

 

Primeronun III turunda “Barselona” ilə matçda (0:4) fasilədən sonra əvəzlənən 29 yaşlı oyunçunun sağ bud əzələsində yırtılma aşkarlanmışdı. Bugünkü tibbi baxışdan sonra legionerin sağaldığı və artıq məşqlərə başlaması üçün heç bir maneənin qalmadığı açıqlanıb.

 

Ondan fərqli, ekvadorlu müdafiəçi Pervis Estupinyan və hücumçu Jerar Moreno zədə səbəbindən qarşıdakı turları, eyni zamanda oktyabrın 29-da “Qarabağ”la Bakıda keçiriləcək II tur matçını buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Çakla isə müalicə alır.

 

Qeyd edək ki, “Vilyarreal” Avropa Liqasının İ qrupunda “Qarabağ”la yanaşı, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. İspanlar ilk görüşünü oktyabrın 22-də evdə “Sivasspor”a qarşı keçirəcək.

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB