TOP 10

Qarabağ döyüşlərinin azərbaycanlı futbolçuların əzmini artırması "Keşlə"nin legionerinin diqqətini çəkib: "Bu, məni də daha çox motivasiya edir"

Futbol
Tarix: 2020-10-16 18:00

"Bu çempionatda hər 5 oyun bizim üçün çox çətin alındı. Bəzi qarşılaşmalarda çox yaxşı təsir bağışladıq. Daim bu ruhda oynamalıyıq. Bəzən olacaq ki, oyunumuz yaxşı alınmayacaq. Amma bu 5 matçdaki kimi köklənsək, yaxşı nəticələr əldə edəcəyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin legioneri Miyusko Boyoviç bildirib.

 

Hazırda 2-ci pillədə olan komandasının cari mövsümdə startını dəyərləndirən monteneqrolu mərkəz müdafiəçisi baş məşqçi dəyişikliyinin verdiyi nəticəyə də toxunub: "Baş məşqçinin kim olmağından asılı olmayaraq, meydanda daim 100 faiz gücümü qoyuram. "Keşlə"də çox yaxşı komanda qurulub və ötən mövsüm Tərlan Əhmədovla uğur qazandıq. Yeni mövsümə yeni baş məşqçi ilə liqaya uğurlu start vermişik və bu, Yunis Hüseynovun müvəffəqiyyətidi. Futbol hər yerdə futboldu".

 

Boyoviç "Keşlə"nin cari çempionatda hansı yerləri tutmasıyla bağlı indidən proqnoz verməyi tez sayır: "Çempionat hələ uzundur, qələbələr də qazanacağıq, məğlub da olacağıq. Amma hansısa pillə haqqında danışmaq tezdir. Çempionata yaxşı başlamışıq və bu tempi qorumalıyıq".

 

Miyusko Azərbaycanın Dağlıq Qarabağda işğal altında olan torpaqlarının azad olunması uğrunda apardığı hərbi əməliyyatlatların təsirindən də danışıb: "Buraya gələnə qədər Qarabağ münaqişəsi barədə eşitməmişdim. Amma Azərbaycanda bu barədə oxudum və komanda yoldaşlarımla söhbət etdik. Əlbəttə ki, azərbaycanlı futbolçularımız bu günlərdə daha əzmlə meydana çıxırlar. Bu, məni də daha çox motivasiya edir".

 

Xatırladaq ki, 2-ci mövsümdü "Keşlə"də çıxış edən 32 yaşlı Boyoviç keçən çempionatda bürünc medalçısı olub. 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB