TOP 10

"AVRO-2020-nin yalnız bir ölkədə keçirilməsi də mümkündür" - UEFA prezidenti

Futbol
Tarix: 2020-10-16 15:21

UEFA-nın prezidenti Aleksander Çeferin AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin azaldılacağı haqda yayılan xəbərlərə münasibət bildirib. Spor24.az xəbər verir ki, sloveniyalı funksioner 2021-ci ilin yayına planlaşdırılan qitə çempionatında format dəyişikliyinin mümkün olduğunu deyib. O bildirib ki,  yarış hətta bir ölkədə də keçirilə bilər: “Vəziyyəti daim izləyirik. Nəzəri olaraq AVRO-2020-ni 12, 11, 10, 3 və ya yalnız bir ölkədə də təşkil edilə bilər. Çempionatın yenidən təxirə salınma ehtimalı isə yoxdur".


Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir. Britaniya mətbuatı isə ev sahibliyinin Bakı, Sankt-Peterburq və Bilbaodan alınmaq ehtimalının olduğunu yazıb.

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB