TOP 10

"Neftçi"dən yeni transfer - əsgər salamı verdi

Futbol
Tarix: 2020-10-15 22:24

"Neftçi” növbəti transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

 

29 yaşlı futbolçu "17 nömrə"li formanı geyinəcək. Legioner müqaviləyə imza atdıqdan sonra Azərbaycan Ordusuna dəstək olaraq, əsgər salamı verib.

 

Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Bruno Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB