TOP 10

"Qarabağ"ın qrupda ev oyunlarını Kiprdə keçirəcəyi iddiası - klub rəsmisi aydınlıq gətirdi

Futbol
Tarix: 2020-10-15 21:34

"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Kerkida" nəşri məlumat yayıb.

 

Bildirilib ki, qarşılaşmaların Kiprdə baş tutması istisna edilmir.

 

Nəşr Ağdam təmsilçisinin Türkiyə "Sivasspor" ilə görüşünün həmin ölkədə gerçəkləşməsi ehtimalının isə az olduğunu vurğulayıb.

 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında məlumatı təkzib edib: "Biz hazırda matçlarımızı evdə keçirməyi planlaşdırırıq. UEFA da evdə oynayacağımızı təsdiqləyib. Hazırda bizim burada çıxış etməyimizlə bağlı problem yoxdur. Dövlətimiz tərəfindən Azərbaycanda keçirilmiş hər hansı oyunla bağlı problem olmayıb".

 

Azərbaycan çempionu ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməlidir.

 

Xatırladaq ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da Primero təmsilçisinə qarşı keçirəcək. 

 

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB