TOP 10

Bədavi Hüseynovun gedişi PSJ-li kimi peşmanlıqla vurğulandı: "Burada yüksəlməsi üçün ulduzu çatmadı"

Futbol
Tarix: 2020-10-15 10:29

Rusiyada şans qazana bilməyib, sonradan başqa ölkədə uğurlu çıxış edən futbolçuların siyahısı dərc edilib. Sport24.az xəbər verir ki, Belarus futbolunun canlı əfsanəsi Aleksandr Qlebin də yer aldığı cədvəldə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov da yer alıb.

 

Belə ki, Argentina milliisni üzvü olan Leandro Paredesin “Zenit”də əsas heyətə düşə bilməməsi, lakin sonradan transfer olunduğu PSJ-də aparıcı oyunçulardan birinə çevrilməsi Rusiya KİV-ni araşdırma aparmağa vadar edib. Həmkarlarımız “Qarabağ”ın milliləşdirilmiş rusiyalı legioneri Bədavi Hüseynovun gedişini də Paredes kimi peşmanlıqla vurğulayıblar. Məqalədə 29 yaşlı mərkəz müdafiəçisinin Ağdam klubundakı uğurlu çıxışı, xüsusən də, Çempionlar Liqasının qrupundakı oyunları qeyd olunub: “Kiçik bir futbol nağılı. Azərbaycan millisinin müdafiəçisinin Rusiya futbolunda yüksəlməsi üçün ulduzu çatmadı. “Dağdizel”lə aşağı liqada çıxış etdi, “Anji”də məşq etdi, ancaq sadəcə gənclər liqasında matçlara çıxdı. 2012-ci ildə Hüseynov məkan dəyişmək qərarına gəldi və MDB-nin heç də ən yaxşı olmayan çempionatına getdi. Bir neçə il sonra xeyli inkişaf edən “Qarabağ”ın heyətində Avropa Liqasında çıxış etdi. Bu klubun 2017/18 mövsümündə “Çelsi”, “Roma” və “Atletiko” ilə Çempionlar Liqasında qarşılaşmalarını izlədik. Bədavi sonunculardan xal aldıqları görüşlərdə meydanda oldu”.

 

Qeyd edək ki, “Dağdizel”in yetirməsi olan 29 yaşlı Hüseynov 2012-ci ildən “Qarabağ”ın formasını geyinir. Dağıstanlı mərkəz müdafiəçisinin ölkəmizdə ilk klubu bir mövsüm çıxış etdiyi "Sumqayıt" olub. 
 

  •  
football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB