TOP 10

Elvin Kərimov erməni vandalizmi haqqında: "Başa düşmürəm, mülki insanlara atəş etmək əmrini necə vermək olar?"

Futbol
Tarix: 2020-10-12 19:00

Elvin Kərimov Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən bombalamasından danışıb. Rusiyanın "Matç" telekanalının şərhçisi Sport24.az-a açıqlamasında erməni terrorçularının vandalizminə toxunub: “Bunların hamısı dəhşətdir. Bu, əsl faciədir. Belə olmamalıdı. Müharibə müharibədir, ancaq mülki vətəndaşlara atəş açılmasının izahı yoxdu. Ümid edirəm ki, bütün bu dəhşət tezliklə sona çatacaq. Gəncədə yaşayış binasının atəşə tutulması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verirəm. Başa düşmürəm, mülki şəxslərə necə atəş etmək əmri vermək olar? Bu, xeyir və şərin xaricindədi".

 

Buna baxmayaraq, həmsöhbətimiz özünü bütün dünya ictimaiyyəti tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi Qarabağdakı münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib: “Mən müharibənin əleyhinəyəm. Bütün bu dəhşətin artıq bitməsinin tərəfdarıyam. Başa çatsın, ən qısa müddətdə. Bəli, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaısndan xəbərdaram, amma hərbi əməliyyatların əleyhinəyəm. Bu barədə dəfələrlə yazmışam. Mən pasifistəm. Ən dəyərli olan insanın həyatıdır. Orada həlak olan gənc oğlanları düşünəndə, ürəyim qanla dolur".

 

 

 

 

CEYHUN ƏLİYEV

 

 

football24
22 Oktyabr 2020
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB