TOP 10

Elxan Məmmədov: "Monteneqrolu futbolçunun təxribat xarakterli paylaşımı haqda UEFA-ya artıq şifahi məlumat vermişik"

Futbol
Tarix: 2020-10-11 18:40

"UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var. Bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir və AFFA bunu sərt şəkildə qınayır". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

 

Monteneqrolu futbolçu Andriya Draqoyeviç sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım edib. Belə ki, bu qolkiper yığmasının millimiz üzərində qələbəsini (2:0) Ermənistana həsr etdiyini yazıb. Məmmədov bu xoşagəlməz olayı araşdırdıqlarını bəyan edib: "Həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudur - Miloş Draqoyeviç. Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq UEFA-ya şifahi məlumat verilib".

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB