TOP 10

"Ararat"ın baş məşqçisi: “Azərbaycan Ermənistanın yaşayış məntəqələrinə atəş açmır”

Futbol
Tarix: 2020-10-11 15:56

“Əvvəllər iki ölkə arasında qarşıdurmalar olurdu. Ancaq indi müharibə şəraiti hökm sürür”. Sport24.az xəbər verir ki, bunu Ermənistanın “Ararat” komandasının ispaniyalı baş məşqçisi David Kampanya ölkəsinin mətbuatına açıqlamasında bildirib.

 

Dağlıq Qarabağda baş verənlərə münasibət bildirən 46 yaşlı mütəxəssis paytaxt İrəvanda sakit yaşadıqlarını söyləyib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Mingəçevir, Gəncə, Tərtər və bir neçə digər rayonlarına raket atmasına, mülki vətəndaşları hədəf almasına baxmayaraq, Kampanya əlavə edib ki, Azərbaycan ordusu yaşayış məntəqələrinə atəş açmır: “Düzdür, bomba səsləri eşidilir, ancaq hər şey təmas xəttində baş verir. Mən burada normal həyat tərzi keçirirəm, sakitlik hökm sürür. Əgər bir təhlükə hiss etsəydim, təyyarəyə minib İspaniyaya qayıdardım. Ancaq paytaxta toxunulmayıb, yaşadığımız yerlərə atəş açılmır”.

 

Kampanya Ermənistan ordusunun real gücündən də danışıb: “Burada ordu peşəkar deyil, əksəriyyət mülki şəxslərdir. Hər kəs iki ildir məcburi hərbi xidmətdədir və günümüzdəki kimi qarşıdurmalar ortaya çıxdıqda digər insanlar da çağırılır” (apasport.az)

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB