TOP 10

"Kəpəz" - "Sabah-2" matçının yeri dəyişdiriləcək

Futbol
Tarix: 2020-10-11 16:10

Azərbaycan çempionatının I Divizionunun II turunun oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Sabah-2" matçının məkanı dəyişdirilir. Sport24.az xəbər verir ki, görüş təqvimdə nəzərdə tutulduğu kimi Gəncədə yox, Bakıda baş tutacaq. 

 

Məlumdu ki, Nizami yurduna son günlərdə ermənilərin raket atəşinə tutması nəticəsində xeyli ziyan dəyib, təhlükəsizlik məsələsi gündəmə gəlib. Ancaq PFL-in Texniki İdman Şöbəsinin müdiri Elgiz Abbasov saytımıza açıqlamasında məsələyə fərqli yanaşıb: "Məsələnin futbol tərəfini görürürük. Bizə Gəncədə baş verən məlum olayadək "Kəpəz"in rəhbərliyindən stadionlarının qazonuna görə oyunun yerinin dəyişdirilməsi ilə bağlı rəsmi müraciət daxil olmuşdu. Orda göstərilib ki, ot örtüyünun hazırkı durumu oyun keçirməyə imkan vermir və vəziyyətin qaydasına salınmasıyla bağlı işləri qarşıdakı turadək başa çatdıra bilməyəcəklər. Bununla əlaqədar "Kəpəz" həm PFL-ə, həm də "Sabah"a müraciət edib. "Sabah"la məsələni razılaşdırmışıq. Oyunun yeri ilə bağlı rəsmi qərarı sabah - yeni iş həftəsinin ilk günü açıqlayacağıq. İlk dövrədəki oyunda "Sabah" meydan sahibi olacaq, ikiinci dövrədəki görüşdə isə "Kəpəz".

 

Maraqlıdı, gəncəlilər qazonla bağlı yenidənqurma işlərini nə vaxt başa çatdıraraq rəqibərini doğma stadionda qəbul edəcək? Abbasova bu suala cavab almaqla bağlı da müraciət etdik: "Kəpəz"in bu turdan sonra səfər matçı var. Gəncə klubunun rəhbərliyi işlərini mümkün qədər tez yekunlaşdırmağa çalışacaqlarını diqqəmizə çatdırıb".

 

Xatırladaq ki, "Kəpəz"in bu çempionatda ikinci ev matçı IV turda oktyabrın 28-də "Zaqatala"yla nəzərdə tutulub. 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB