TOP 10

Yığmamız Slovakiyaya məğlub oldu, şansını itirdi

Futbol
Tarix: 2020-10-08 20:26

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda “Nitra” stadionununda Slovakiyanın qonağı olub.


Bu oyuna qədər yığmamız yer aldığı 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü, Slovakiya isə 6 oyundan sonra 6 xalla 5-ci pillədə qərarlaşmışdı. Komandalar arasında Bakıda baş tutmuş ilk matçda Azərbaycan yığması qələbə qazanmışdı – 2:1. Bu oyunda isə meydan sahibləri qələbəyə sevinən tərəf olub. Bununla da yığmamız final mərhələsinə çıxmaq şansını itirib. 


Azərbaycan yığması oktyabrın 13-də Qori şəhərində Gürcüstanın qonağı olacaq.


AÇ-2021-in seçmə mərhələsi
8 oktyabr


Slovakiya – Azərbaycan 2:1
Qol: L.Tupta, 61. İ.Mesik, 90+4 – M.Çelik, 66.
Baş hakim: Kristoffer Hagenes (Norveç).
Nitra. “Nitra” stadionu.


Slovakiya: 1. David Sipoş, 5. Lukas Fabiş, 6. Martin Şulek (k), 8. David Duriş, 9. Miroslav Qono, 11. Lubomir Tupta, 15. David Streleç, 16. Marian Şobot, 18. İvan Mesik, 21. Branislav Sluka, 22. Peter Pokornı.
Ehtiyat oyunçular: 12. Samuel Petraş, 3. Dominik Şpiriak, 4. Adrian Slavik, 7. Patrik Misloviç, 10. Ladislav Almasi, 13. Tomas Suslov, 14. Yan Bernat, 19. Yakub Kadak, 20. Matus Voytko.
Baş məşqçi: Yaroslav Kentoş.

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 4. Mert Çelik, 6. Hacıağa Hacılı (k), 8. Səbuhi Abdullazadə, 15. Ömər Buludov, 17. Toral Bayramov, 19. Doğukan Öksüz, 20. Barış Ekincier, 21. Emre Kaplan, 23. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 2. Rauf Hüseynli, 5. Nihad Tamazov, 7. Rüfət Əhmədov, 9. Məhəmməd Mustafa Yıldırım, 10. Rövlan Muradov, 11. Elvin Cəfərquliyev, 13. Hüseyin Seyliğli, 18. Turan Vəlizadə.
Baş məşqçi: Milan Obradoviç.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB