TOP 10

Millimizin Kipr yığmasını qəbul edəcəyi məkan açıqlandı - RƏSMİ

Futbol
Tarix: 2020-10-06 18:00

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyunu Albaniyanın Tirana şəhərində təşkil olunacaq. Sport24.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.


Məlumdu ki, məkanla bağlı AFFA ilə UEFA arasında danışıqlar aparılırdı və UEFA yekun qərarını bu gün açıqlayıb. 

 

Qeyd edək ki, AFFA UEFA-ya ünvanladığı məktubda, dəfələrlə telefon danışıqlarında təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumlarının oyunu Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirməyə hazır olduğunu bildirib. Lakin o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son 48 saat ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur. AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir.

 

Burada məqsəd qonaqları Ermənistanın törədə biləcəyi hər hansı təxribatdan qorumaqdır. Bu da onu göstərir ki, ermənilərin bu cür əməlləri təkcə Azərbaycan deyil, həmçinin ölkəyə səfər edən əcnəbi komandalar üçün də təhdiddir.

 

AFFA-nın təqdim etdiyi məlumatları nəzərə alaraq, UEFA bu gün Azərbaycan – Kipr oyununun keçiriləcəyi məkanla bağlı yekun qərarını açıqlayıb.

 

Xatırladaq ki, millimizin italiyalı baş məşqçisi Canni de Byazi bunadək Albaniyada çalışaraq bu ölkənin əsas yığmasını çalışdırıb və onu tarixində ilk dəfə final mərhələsinə - AVRO-2016-ya çıxarmaqla tarixə düşüb. 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB