TOP 10

“Qarabağ” qrup mərhələsi üçün UEFA-ya iştirak ərizəsini göndərdi

Futbol
Tarix: 2020-10-06 15:23

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi müəyyənləşib. Sport24.az UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov qarşıdakı 6 oyunda xidmətindən yararlanacağı futbolçuları müəyyənləşdirib.

 

Azərbaycan çempionunun heyətində pley-offun oyunu ilə müqayisədə heç bir yenilik olmayıb. Komandanın iştirak ərizəsində ümumilikdə 23 futbolçu - 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

 

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı
 

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina
 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov


Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı
 

Baş məşqçi: Qurban Qurbanov.

 

Qeyd edək ki, “Qarabağ” İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Ağdam təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə “Makkabi”yə qarşı keçirəcək.
 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB