TOP 10

“Qarabağ”ın potensial rəqibləri bəlli oldu - Avroliqada

Futbol
Tarix: 2020-10-02 02:29

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
 

Avroliqada mübarizə aparan 48 komanda püşklə 12 qrupa bölünəcək. Püşkatmada Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın da rəqibləri bəlli olacaq.


Püşkdən öncə komandalar 4 səbətə bölünüb. “Qarabağ” 2-ci səbətdə yer alıb.


Qeyd edək ki, qrup mərhələsində 1-ci tur 22 oktyabr, 2-ci tur 29 oktyabr, 3-cü tur 5 noyabr, 4-cü tur 26 noyabr, 5-ci tur 3 dekabr, 6-cı tur 10 dekabrda keçiriləcək.


1-ci səbət
Arsenal (İngiltərə)
Tottenhem (İngiltərə)
Roma (İtaliya)
Napoli (İtaliya)
Benfika (Portuqaliya)
Bayer (Almaniya)
Vilyarreal (İspaniya)
ÇSKA (Moskva, Rusiya)
Braqa (Portuqaliya)
Gent (Belçika)
PSV (Niderland)
Seltik (Şotlandiya)


2-ci səbət
Dinamo (Zaqreb, Xorvatiya)
Sparta (Praqa, Çexiya)
Slaviya (Praqa, Çexiya)
Ludoqorets (Bolqarıstan)
Yanq Boyz (İsveçrə)
Srvena Zvezda (Serbiya)
Rapid (Vyana, Avstriya)
Lester Siti (İngiltərə)
Qarabağ (Azərbaycan)
Standard (Belçika)
Real Sosyedad (İspaniya)


3-cü səbət
Qranada (İspaniya)
Milan (İtaliya)
Alkmaar (Niderland)
Feyenord (Niderland)
AEK (Yunanıstan)
Makkabi (Tel-Aviv, İsrail)
Reyncers (Şotlandiya)
Molde (Norveç)
Hoffenhaym (Almaniya)
Hapoel (Beer-Şeva, İsrail)
LASK (Avstriya)
ÇFR (Rumıniya)


4-cü səbət
Zarya (Ukrayna)
Lill (Fransa)
Nitsa (Fransa)
Riyeka (Xorvatiya)
Dandalk (İrlandiya)
Slovan (Çexiya)
Antverp (Belçika)
Lex (Polşa)
Sivasspor (Türkiyə)
Volfsberger (Avstriya)
Omoniya (Cənubi Kipr)
ÇSKA (Sofiya, Bolqarıstan)

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB