TOP 10

"Qarabağ" yenə tarix yazdı - ardıcıl 7-ci dəfə qrupda!!!

Futbol
Tarix: 2020-10-01 23:54

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin matçları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb.

 

Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilən oyun təmsilçimizin böyükhesablı qələbəsiylə nəticələnib. Hərçənd, matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Qurban Qurbanovun komandası ikinci hissənin ilk yarısında 20 dəqiqəyə vurduğu 3 cavabsız qolla görüşün taleyini həll edib. 

 

Bununla da "Qarabağ" bu dəfə Polşa paytaxtında tarix yazaraq, ardıcıl 7-ci dəfə qrupa vəsiqə qazanıb. Təmsilçimizin rəqibi bu gün keçiriləcək püşkatmada müəyyənləşəcək. 

 

 

UEFA Avropa Liqası, pley-off mərhələsi

1 oktyabr

22:00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3 

QOL: P.Andrade, 50.A.Zubir, 62.F.Ozobiç, 70

Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)

 

"Legiya": 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart.

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas. 

Baş məşqçi: Çeslav Mixneviç.

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.

 

 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB