TOP 10

Mixneviç "Qarabağ" və "Legiya"nın potensialını eyni hesab edir: "Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik"

Futbol
Tarix: 2020-09-30 20:19

"Jose Kante ilə bağlı problem var. Onun oynaması üçün sona qədər çalışacağıq, amma hələ ki yekun qərar verilməyib. Digər oyunçular isə sağlamdırlar və məşq edirlər". Sport24.az xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib. 

 

50 yaşlı mütəxəssis yaxşı oyun göstərmək niyyətindədirlər: "İlk konfransda komandanın müxtəlif cür oynaya biləcəyini və matç zamanı taktiki sxemin dəyişək ehtimalının olduğunu söylədim. Sabah da belə oynamağa hazırıq. Mümkün qədər yaxşı hazırlaşmaq üçün hər şeyi edirik. Hər iki komanda eyni potensiala sahibdir. "Qarabağ"ın iki oyunçusunun görüşdə iştirakı sual altındadır. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik". 

 

Keçən həftə Varşava təmsilçisinin baş məşqçi təyin edilən Mixneviç hər gün futbolçularla danışdığını vurğulayıb: "Məşqdən əlavə təkbətək söhbətlər etmirəm. Yaxın gələcəkdə mütləq oyunçularla yaxından tanış olacm. Bu gün vaxtımız azdır. Çalışırıq ki, futbolçular mümkün qədər yaxşı hazırlaşsınlar". 

 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB