TOP 10

Premyer Liqa hakimi I Diviziona göndərildi

Futbol
Tarix: 2020-09-30 15:48

Azərbaycan I Divizionunda ilk turun bütün təyinatları müəyyənləşib. Sport24.az xəbər verir ki, PFL oktyabrın 1-2-də keçiriləcək qarşılaşmaları idarə edəcək referilərin adlarını açıqlayıb.

 

Premyer Liqanın təcrübəli hakimlərindən sayılan İnqilab Məmmədov aşağı liqa matçında idarəçilik edəcək. Belə ki, çimərlik futbolu üzrə FİFA referisi “Neftçi” ilə “Sabah”ın ikinci komandasının oyununda ədaləti qoruyacaq.

 

I Divizion
I tur
1 oktyabr (cümə axşamı)
13:00. “Keşlə-2” – “Kəpəz”

Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”

 

15:00. “Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, (ehtiyat meydança)

 

15:00. “Neftçi-2” – “Sabah-2”
Hakimlər: İnqilab Məmmədov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Türk Hava Yolları Futbol Mərkəzi, (IV meydança)

 

2 oktyabr (cümə)
13:00. “Zaqatala” - “Turan Tovuz”

Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu

 

15:00. “Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
 

  •  
football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB