TOP 10

Məmmədyarov Rəcəbovu geridə qoydu

Şahmat
Tarix: 2020-09-30 16:20

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, reytinqin ilk 10-luğunda iki azərbaycanlı təmsilçi yer alıb. Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Teymur Rəcəbov isə yeni reytinqə əsasən 1 pillə geriləyərək, 10-cu yerdə qərarlaşıb.


Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 73-cü, Nicat Abbasov 75-ci pillədə qərarlaşıb. Rauf Məmmədov isə 93-cü sırada yer alıb.


Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.


Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 28-ci, Gülnar Məmmədova 73-cü, Xanım Balacayeva isə 82-ci pillədə qərarlaşıb.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB