TOP 10

Messi azarkeşlərdən üzr istədi

Dünya Futbolu
Tarix: 2020-09-30 20:00

“Barselona”nın kapitanı Lionel Messi azarkeşlərə müraciət edib. Sport24.az xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu klubla arasında baş verən anlaşılmazlıqlara görə tərəfdarları qarşısında üzxahlıq edib: "Sizi məyus etdimsə, üzr istəyirəm. Səhvlərim varsa, məsuliyyəti üzərimə götürürəm. Hər şeyi “Barselona”nın daha da yaxşı olması üçün etmişəm. Yaşanan anlaşılmazlıqlara artıq son vermək istəyirəm. “Barselona”nın gələcəyi üçün artıq bir olmağımız lazımdır. Yalnız belə olacağı təqdirdə hədəflərimizə çata bilərik”.

 

Xatırladaq ki. Mesinin yay fasiləsində Kataloniya kubundan ayrılacağı haqda xəbərlər yayılsa da, sonra qalmağa qərar verdi.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB