TOP 10

"Legiya"nın futbolçusu: "Qarabağ"la qarşılaşmadan qorxmuruq"

Futbol
Tarix: 2020-09-30 17:22

"Hər komandanın öz hədəfləri olur. Məqsədimiz Avropa Liqasında qrupa düşməkdir. İstəyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik". Sport24.az xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Filip Mladenoviç klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

 

Serbiyalı müdafiəçi bəyan edib ki, Azərbaycan çempionu ilə qarşılaşmadan qorxmur: "Səylə çalışsanız, öz işinizi görsəniz oyuna ən yaxşı vəziyyətdə çıxacaqsınız. Həm özümə, həm də komandama kömək etmək istəyirəm. Hamımız bu barədə düşünürük. Meydana həmişə hər şeyin yaxşı olacağı fikri ilə çıxıram. İnanıram ki, yaxşı işlər görə biləcəyik".

 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB