TOP 10

FİFA-dan Azərbaycan millisinin oyunları ilə bağlı açıqlama: "Hazırkı vəziyyətin mümkün təsirləri diqqətlə izlənilir"

Futbol
Tarix: 2020-09-30 15:00

FİFA Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə münasibət bildirib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumu "France Football" nəşrinin sorğusunu cavablandırıb. 

 

Qurumdan bildirilib ki, hazırkı vəziyyət və bunun hər iki ölkənin gələcəkdə planlaşdırılan beynəlxalq oyunlarına mümkün təsirləri diqqətlə izlənilir.

 

UEFA isə gələn il 4 oyunu Bakıda keçirilməsi nəzərdə tutulan AVRO-2020-nin matçlarının Azərbaycan paytaxtında olub-olmayacağı ilə bağlı sualı bu cür cavablandırıb: "Turnir təqribən 9 aydan sonra başlamalı və matçlar planlaşdırıldığı kimi davam etməlidir".

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB