TOP 10

PSJ-nin futbolçusu əməliyyat olundu – 6 ay olmayacaq

Dünya Futbolu
Tarix: 2020-09-30 19:00

Fransa çempionu PSJ-nin futbolçusu Xuan Bernat əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.


Əməliyyat Parisdəki xəstəxanaların birində baş tutub və uğurlu alınıb. Buna baxmayaraq, 27 yaşlı ispan futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


İspaniya millisinin də üzvü olan Bernat, bir neçə gün öncə Fransa çempionatı çərçivəsində “Mets”ə qalib gəldikləri (1:0) oyun zamanı dizindən ağır zədə almışdı.
 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB