TOP 10

"Legiya"nın legioneri: “Qarabağ” önündə tapşırığımız daha çətin olacaq"

Futbol
Tarix: 2020-09-30 14:22

“Polşa klubları uzun müddətdir avrokubokların qrupunda iştirak edə bilmir. Məqsədimiz buna nail olmaqdı". Sport24.az xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun futbolçusu Joel Valensiya Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu dəyərləndirərkən deyib.

 

Bu yay İngiltərə “Brentford”undan icarəyə götürülən ispaniyalı hücumameylli yarımmüdafiəçi hazırlaşmaq üçün bir həftə vaxtlarının olduğunu bildirib: "Drita”dan fərqli, “Qarabağ” önündə tapşırığımız daha çətin olacaq. Ümid edirəm ki, “Pyast”la müqayisədə “Legiya”da yaxşı işlər görəcəm. Yaxşı futbolçularımız çoxdur, komandamız güclüdür”.

 

Qeyd edək ki, sabah Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq. 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB