TOP 10

"Qarabağ"ı ÇL-dən kənarlaşdıranı üstələdi, ÇL-in tarixinə düşdü

Dünya Futbolu
Tarix: 2020-09-30 12:25

Macarıstanın “Ferensvaroş” klubu 25 ildən sonra Çempionlar Liqasının (ÇL) qrupuna düşüb. Sport24.az xəbər verir ki, sonuncu dəfə 1995/96 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin əsas raunduna çıxan Budapeşt təmsilçisi yenidən eyni uğura imza atıb.
 

Bununla da “Ferensvaroş” ÇL-in tarixində ən uzun fasilə ilə qrupa düşən komanda adını qazanıb. İndiyədək heç bir klub 25 ildən sonra bunu bacarmayıb.

 

Xatırıadaq ki, ukraynalı mütəxəssis Sergey Rebrovun çalışdırdığı Macarıstan çempionu pley-offda, bunadək "Qarabağ"ı keçən Norveçin "Mölde" klubunu mübarizədən kənarlaşdırıb. . 
 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB