TOP 10

Jezniçak Varşavadakı matçın penaltilərə uzanacağını düşünür: "Legiya"nın belə oynaması "Qarabağ"ın xoşuna gəlməyəcək"

Futbol
Tarix: 2020-09-30 12:00

"Ümid edirəm ki, "Legiya" böyük təzyiq ilə oynayacaq. Bu isə "Qarabağ"ın xoşuna gəlməyəcək". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə Azərbaycan çempionu arasında keçiriləcək matç barədə danışarkən deyib.

 

Hazırda Vətənində Plotsk "Visla"sında çıxış edən 33 yaşlı müdafiəçi 2017-19-cu illərdə formasını geyindiyi Ağdam klubun çempionatda rahat oynadığını bildirərək, bunun rəqabətin olmamasıyla əlaqələndirib: "Qarabağ" asanlıqla hücuma keçir və bunu çox yaxşı bacarı. İnanıram ki, "Legiya" buna imkan verməyəcək, ilk dəqiqələrdən öz oyununu göstərəcək və rəqibin cinahlardan hücumunun qarşısını alacaq. Tərəflərin durumunu nəzərə alaraq, cütün taleyinin penaltilər seriyasında həll oluna biləcəyini düşünürəm".

 

Qeyd edək ki, "Legiya" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB