TOP 10

Luçesku ÇL-in tarixinə düşdü

Dünya Futbolu
Tarix: 2020-09-30 17:00

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Sport24.az xəbər verir ki, təcrübəli rumıniyalı mütəxəssis 1992-ci ildən mövcud olan qrup mərhələsinə komanda çıxaran ən yaşlı baş məşqçi olub.
 

Belə ki, Ukrayna vitse-çempionunun çalışdırıcısı buna 75 yaşında imza atıb. Bunadək rekord Yupp Haynkesə məxsus idi. Alman mütəxəssis 2017/18 mövsümündə “Bavariya” ilə qrup mərhələsi həyəcanını 72 yaşında yaşayıb.
 

Qeyd edək ki, pley-offda Belçika "Gent"ini hər 2 matçda məğlub edən “Dinamo” 2016-cı ildən sonra ilk dəfə ÇL-in qrupuna yüksəlib.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB