TOP 10

Macarıstan Azərbaycana yaxınlaşdı – UEFA reytinqində

Futbol
Tarix: 2020-09-30 14:44

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən 3 matçından sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

 

Bizim üçün əsas diqqətçəkən məqam odur ki, Ferensvaroş”un heç-heçəsi ilə Macarıstan Belarus, Sloveniya və Polşanı arxada qoyaraq Azərbaycana yaxınlaşıb. Hazırda 28-ci olan Macarıstan ölkəmizdən 1,125 xal geridədir.

 

26-cı pillədə Azərbaycanın hesabında 16,250 xal var. Ölkəmiz 25-ci olan Rumıniyadan 0,575 xal geri qalır.

 

Qeyd edək ki, cədvəlin ilk pilləsində 81,069 xala malik İspaniya qərarlaşıb.

yer

 
football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB