TOP 10

"Azərbaycanın çoxlarına ekzotik futbol ölkəsi kimi görünməsinə baxmayaraq, “Qarabağ” "Legiya"dan daha təcrübəlidi"

Futbol
Tarix: 2020-09-30 12:54

“Legiya”nın taleyi öz əlindədir. Azərbaycanın çoxlarına ekzotik futbol ölkəsi kimi görünməsinə baxmayaraq, “Qarabağ” daha təcrübəlidi". Sport24.az xəbər verir ki, bunu Polşa millisinin keçmiş futbolçusu Radoslav Maydan Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” – “Qarabağ” oyunu barədə danışarkən deyib.

 

48 yaşlı veteran qapıçı matçın Varşavada oynanılmasının təmsilçisi üçün üstünlük olduğunu düşünür: "Qarabağ" büdcəsi böyük, ciddi sponsoru olan bir klubdur. “Legiya” və “Lex” Avropa Liqasında qrupa düşsə, daha səxavətli sponsorlar üçün tələbat artacaq. Təbii ki, bu vəsiqəyə nail olmaq asan olmayacaq. Ən vacibi odur ki, komandamız evdə oynayacaq. Ümid edirəm ki, bu, onların qələbə qazanmasına kömək edəcək”.

 

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB