TOP 10

"Konyaspor"un legionerindən dəstək paylaşımı: “Qarabağ Azərbaycandı” - FOTO

Futbol
Tarix: 2020-09-30 11:47

Premyer Liqada çıxış edən futbolçularla yanaşı, vaxtilə ölkəmizdə oynamış əcnəbi oyunçular da Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstəyini davam edir. Sport24.az xəbər verir ki, baş verən hadisələrə biganə qalmayanlardan biri də “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçdir.

 

Belə ki, "İnstagram" səhifəsi vasitəsilə paylaşım edən Türkiyənin “Konyaspor” klubunun 32 yaşlı qolkiperi Azərbaycanın yanında olduğunu ifadə edib. Azərbaycan bayrağının şəklini paylaşan Bosniya və Herseqovina millisinin üzvü üzərinə "Bütün dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandı” deyə yazıb.

 

Qeyd edək ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. 

 

 

 

 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB