TOP 10

Gerye probleminin səbəbini açıqladı: "Haiti prezidentinə zəng vurdum, pasportum göndərildi, sadəcə..."

Futbol
Tarix: 2020-09-30 10:34

Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə oyunu buraxmalı olan “Qarabağ”ın müdafiəçisi Donald Gerye üzləşdiyi pasport probleminin səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, legioner Polşa mtbuatına açıqlamasında pasportumda iki boş səhifə qaldığını deyib: Polşa tərəfi isə sənəddə ən azı beş boş səhifəyə ehtiyac olduğunu bildirib. Bakıya uçuşların olması səbəbindən pasportum Londonda qalıb. Haiti prezidentinə zəng vuraraq indiki vəziyyətdə yeni bir pasporta ehtiyacım olduğunu söylədim. Heç bir problem olmadığını bildirdi, ancaq bunun bir az zaman alacağı məlum idi. Nəhayət, pasport göndərildi, amma Londonda qaldı. Normalda sənədim sentyabrın 28-də Bakıda olmalı idi, lakin bu günlərdə London ilə Bakı arasında uçuş yoxdur. Buna görə də pasport ala bilmədim və nəticədə Varşavaya getməyim mümkün olmadı”.

 

Donald ölkəmizdə 2017-ci ildən başlayan karyerasınadək 3 il Polşada - Krakov "Visla"sında (2013-16-cı illərdə) çıxış edib. 

 

Qeyd edək ki, sabah keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB