TOP 10

“Qarabağ” - 75!

Futbol
Tarix: 2020-09-30 11:34

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında 75-ci oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yubiley pley-off mərhələsinin “Legiya” ilə Polşadakı matçına təsadüf edəcək.
 

Oktyabrın 1-də Ordu stadionundakı qarşılaşmaya çıxacaq Ağdam klubu indiyədək bu turnirdə 74 oyun keçirib. Təmsilçimizin əvvəl UEFA kuboku adlanan yarışda debütü 1997-ci ildə gerçəkləşib. Həmin vaxt Çexiya “Yablonets”i iki oyunda 8 cavabsız qolla “siftə”ni korlayıb – evdə 0:3, səfərdə 0:5.
 

Turnirin UEFA kuboku dövründə qələbəyə də həsrət qalan komanda 2009-cu ildən Avropa Liqası adlanan yarışda tarixi göstəricilər əldə edib. “Qarabağ” 5 dəfə bu turnirin qrup mərhələsinə düşməyi bacarıb.
 

Ümumilikdə, bu turnirdə keçirdiyi 74 matçda 26 qələbəsi olan ağdamlılar 17 heç-heçə edib və 31 dəfə uduzub. Polşadakı görüşdə yubiley qolunu vurmaq imkanı olan “Qarabağ” Avropa Liqasında 78 dəfə rəqib qapısına yol tapıb. “Legiya”nın qapısına vurulacaq 2-ci top 80-ci kimi tarixə düşəcək.
 

Lakin buraxılan qolların sayında da uğursuz yubiley yaşana bilər. 98 top buraxan “Qarabağ” polşalıların iki dəfə sevinməsinə şahid olsa, bu rəqəm 100-ə çatacaq (apasport.az).

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB